ADMİU-nun dosenti beynəlxalq festivalda münsif olub
19-22 oktyabr tarixində “Əndican – 2026 Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirləri çərçivəsində Özbəkistanda IV TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilib. TÜRKSOY, Özbəkistan Mədəniyyət Nazirliyi və Əndican Vilayəti əməkdaşlığı ilə baş tutan festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan teatr kollektivləri iştirak ediblər.
Azərbaycanı münsiflər heyətinin tərkibində ADMİU-nun Teatrşünaslıq kafedrasınnın dosenti Fəridə Cəlilova təmsil edib.
Türk Dünyasının ortaq tarixi və mədəni dəyərlərini səhnəyə gətirən kollektivlərin mükafatlandırıldığı mərasimdə ən böyük mükafat – “Qran-pri” Qırğız Respublikasına təqdim olunub.
Yerli sənətçilərin təqdim etdiyi milli musiqi və rəqs nömrələri ilə rəngarənglik qazanan bağlanış mərasimində V TÜRKSOY Beynəlxalq Teatr Festivalının 2027-ci ildə Türkiyənin Kayseri şəhərində keçiriləcəyi də elan olunub.

