ADMİU-nun dosentinin yeni dərs vəsaiti nəşr olunub
Musiqi sənəti fakültəsinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımovanın yeni “Dirijorluq texnikası” adlı dərs vəsaiti çapdan çıxıb. Kitabda dirijor sənətinin mahiyyəti açıqlanır, dirijorun ifa olunan əsərin interpretatoru, dinləyici kütləsinin zövqünün tərbiyəçisi, yerli və dünya musiqi mədəniyyətində bütün qabaqcıl, yüksək bədiiliyə malik elementlərin təbliğatçısı kimi missiyası hərtərəfli şəkildə təqdim edilir. Müəllif dirijorluq texnikası, dirijor aparatı hissələrinin vəziyyəti, auftakt, dirijorun əllərinin funksiyaları, dirijorluqda legato və staccato haqqında ətraflı məlumat verir.