ADMİU-nun həmkarlar ittifaqı komitəsinə seçki keçirilib

Martın 15-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib. İclasda universitetin rektoru professor Ceyran Mahmudova və fakültə dekanları, kafedra müdirləri, fakültə həmkarlar təşkilatlarının sədrləri, professor-müəllim heyəti iştirak ediblər. İclasa sədrlik edən ADMİU-nun professoru İlqar Hüseynov hesabat-seçki iclası və gündəlik haqqında məlumat verib.

Sonra ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Səyavuş Məhişov sədrlik dövründə görülən işlərin hesabatı ilə çıxış edib. O, ötən illər ərzində Həmkarlar İttifaqı Komitəsinin universitet həyatında gördüyü işlər və əlamətdar hadisələrdən danışıb.

İclasda Təftiş və Mandat komissiyalarının hesabatı dinlənilib, HİK nümayəndələri, professorlar qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.

Hesabatlarla bağlı çıxışlardan sonra dosent Səyavuş Məhişov açıq səsvermə ilə yenidən sədr seçilib.