ADMİU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Fəxri xiyabanda dahi liderin məzarını ziyarət ediblər.
Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edən rektor Ceyran Mahmudova və universitet kollektivi abidə önünə əklil və gül dəstələri qoyublar.