ADMİU-nun Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasına 2024/2025-ci tədris ili üzrə əvəzçiliklə 0,5 stat vahidinə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan olunur
Fənlərin siyahısı:
- Ümumi sosiologiya;
 - Sosiologiya tarixi;
 - Siyasət nəzəriyyəsi;
 - Sosial siyasət;
 - Turizmin sosiologiyası;
 - Sosial münaqişələr;
 - Sosial informasiyanın təhlili;
 - Hüququn sosiologiyası;
 - Azərbaycan Respublikasının milli təhlil əsasları;
 - Konfliktologiya;
 - Məntiq;
 - Turizm hüququ;
 - Azərbaycan Respublikasının Konstitutsiyası və hüququn əsasları.
 
Tələblər:
- Tədris olunan fənlərə uyğun baza təhsili;
 - Ən azı 3 il elmi-pedaqoji təcrübə;
 - Ms Office proqramları üzrə biliklər;
 - İnnovativ tədris metodlarından istifadə;
 - Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.
 
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 10.09.2024-cü il saat 18:00
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

