ADMİU-nun layihəsi mobillik qrantı ilə mükafatlandırılıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq Layihələr və Əcnəbilərlə İş şöbəsinin Erasmus+ KA171 layihələrindən biri mobillik qrantı ilə mükafatlandırılıb.
Bu sayədə 2024-2025-ci tədris ilində universitetin iki nümayəndəsi Litva Musiqi və Teatr Akademiyasını ziyarət etmək imkanı əldə edəcək. Bundan əlavə, Litva Musiqi və Teatr Akademiyasının müəllimlərindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris prosesinə qoşulma imkanı əldə edəcək.
Qeyd edək ki, bu mobillik qrantına əlavə olaraq, Beynəlxalq Layihələr və Əcnəbilərlə İş şöbəsi Türkiyə və Avropa universitetləri ilə bir neçə KA171 layihəsi də hazırlayıb.