ADMİU-nun məzunu Türkiyədə keçirilən “Atlas Fashion Week”də iştirak edib

Mayın 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Geyim dizaynı ixtisasının mezunu Lətifə Yusifova müəllifi olduğu “Zamansız Ruh” adlı kolleksiyası ilə Türkiyənin Antalya şəhərində keçirilən “Atlas Fashion Week”də iştirak edib.
Bu kolleksiyada müəllif Abstark sənət əsərləri parça dizaynında istifadə edib. Şal və qızılı aksesuarlarla kolleksiyanı zənginləşdirib.
Kolleksiya keçmişin dərinliklərindən gələn abstrakt sənət əsərlərindən ilham alaraq yaradılıb. Hər bir parçada sənətin emosional qatları, rənglərin və formaların harmoniyası əks olunub.
Bu kolleksiya sadəcə geyim deyil, eyni zamanda yaradıcı ruhun, sənətin və gücün təcəssümüdür. “Zamansız Ruh” – hər dövrə uyğun, amma heç bir zamana bağlı olmayan bir estetik baxışdır.
Kursun rəhbəri dosent Aysel Əzizdir.