ADMİU-nun magistr tələbəsinin uğuru

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin magistr tələbəsi Ramazan Həbibov özünün diplom müdafiəsini vizual moda nümayişi ilə təqdim edib.
“Futurizmin Təkamülü – Müasir İncəsənət və Modaya Təsiri” mövzusundakı diplom işində həmçinin süni intellekt və innovasiyalardan istifadə olunub.
Diplom rəhbəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovadır.