ADMİU-nun müəllim və tələbələri Novruz bayramı münasibəti ilə Beyləqanda konsert veriblər

Martın 18-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon stadionunda konsert proqramı keçirilib.
Konsertdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Beyləqan Rayon Təşkilatının sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, Əməkdar artist Ağalar Bayramov, ADMİU-nun müəllim və tələbələri, tanınmış incəsənət nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə Əməkdar artisi Ağalar Bayramov beyləqanlıları bayram münasibəti ilə təbrik edərək tədbirin konsert proqramını açıq elan edib. ADMİU-nun müəllimləri, Əməkdar artistlər Zakir Əliyev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, Muğam müsabiqəsinin qalibi Güllü Muradova və ADMİU-nun tələbələri Səfiyyə Yaqublu, Əvəzxan Əzizov, Cahangir Əliyev və Mədəniyyət işçisi Nazim Çıraqov konsert proqramı ilə çıxış ediblər.