ADMİU-nun müəllimi Gender Əsaslı Zorakılıq üzrə Keys menecment təlimində iştirak edib

Martın 29-da Gender Əsaslı Zorakılıq (GƏZ) üzrə Keys menecment adlı təlim keçirilib. Təlimçi sosial iş üzrə mütəxəssis Sara Ağayeva təlim iştirakçılarına Gender əsaslı zorakılıq hallarının idarə edilməsi prosesi və gender əsaslı zorakılıq hallarının etik və effektiv idarə olunması üzrə praktik bacarıqlar risklərin qiymətləndirilməsi, yönləndirmə və müdaxilə strategiyalarını haqqında maarifləndirici məlumatlar verib. Təlimdə sosial işçilər, psixoloqlar və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial mədəni fəaliyyət kafedrasının müəllimi Ülkər Rzayeva iştirak ediblər.