ADMİU-nun müəllimi “Qızıl Pəri” – 2025” mükafatına layiq görülüb
“Xəzər” Universitetinin “Fikrət Əmirov konfrans-konsert mərkəzində” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025” kino və televiziya üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə “Ən yaxşı rəssam işi” nominasiyasında mükafatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Səbuhi Atababayev qazanıb. O, bu mükafata “Tağıyev. Neft” filminə görə layiq görülüb.

