ADMİU-nun müəllimi “Qızıl Pəri” mükafatına layiq görülüb

28 dekabr 2025-ci il tarixində “Xəzər” Universitetinin “Fikrət Əmirov konfrans-konsert mərkəzində” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və tv üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Mükafatın builki qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları teatr rejissorluğu ixtisası müəllimi Azər Hacıəsgərli də var. O, bu mükafata “Məryəm” filmi ilə “Ən yaxşı orijinal musiqi” nominasiyası üzrə layiq görülüb.