ADMİU-nun müəllimi Serbiyada keçirilən simpoziumda iştirak edib

15-22 mart tarixlərində Zlatibor şəhərində Zlatibor İnnovasiya Biznes Mərkəzində Beynəlxalq Rəssamlıq Simpoziumu keçirilib. “Şərq ruhunun rəsmi” layihəsinin təşkilatçısı SRU “Vukadınoviç”, həmçinin tərəfdaşları Zlatibor Turizm Təşkilatı, Çayetin Bələdiyyəsi, “Viqor” İbtidai Məktəbi və Rade Filipoviçdir.
Bu il simpoziumda Misir, Gürcüstan, Azərbaycan, Avstraliya, Rusiya və Serbiyadan təxminən 20 rəssam iştirak edib.
Ölkəmizi simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn kafedrasının baş müəllimi Mir Azər Abdullayev təmsil edib.
Martın 22-də Zlativor İnnovasiya Biznes Mərkəzində iştirakçı rəssamlar tərəfindən yaradılmış ən yaxşı tablolar ictimaiyyətə təqdim edilib.
Mir Azər Abdullayev 4 əsər təqdim edib: “Novruz Bayramı”, “Həyat”, “Zövq”, “Serbiyaya Səfər”.