ADMIU-nun müəllimi Türk mədəniyyəti günlərində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti tarzən Ruslan Zərbəliyev BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində – “Millətlər Sarayı”nda (Palais des Nations) keçirilən Türk Mədəniyyəti Günlərində iştirak edib.
Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən Türk dünyası şöləninə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan sənət adamları qatılıblar.
Tədbirdə ölkəmizi həmçinin, xanəndə Nisbət Sədrayeva və kamança ifaçısı Pərviz Fərhadov təmsil ediblər.
Qeyd edək ki, ADMİU-nun müəllimi, beynəlxalq müsabiqələr iştirakçısı, tarzən Ruslan Zərbaliyev 2016-cı ildən- TÜRKSOY orkestrı yaranandan təşkilatın müxtəlif tədbirlərində, eləcə də yaranmasının 30 illik yubileyi münasibəti ilə keçirilən qala konsertlərində Azərbaycanı layiqincə təmsil edir. Onun bu fəaliyyəti yüksək qiymətləndirilərək TÜRKSOY-un yaranmasının 30 illik yubiley medalı, döş nişanı və diplomla təltif olunub.