ADMİU-nun müəllimi Türkiyədə keçirilən beynəlxalq simpozium və sərgidə iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Tamilla Abdullayeva 28-30 aprel 2026-cı il tarixlərində Türkiyənin Hatay şəhərində keçirilən “Beynəlxalq Həbib-i Neccar Ənənəvi Türk Sənətləri Simpoziumu və Sərgisi”ndə seminar rəhbəri və qrup sərgi iştirakçısı olub.
Tədbir Hatay Valiliyi, Hatay Vilayət Mədəniyyət və Turizm Müdirliyi, Hatay Böyükşəhər Bələdiyyəsi və Hatay Mustafa Kamal Universiteti Əl İşləri Tətbiqi və Araşdırma Mərkəzi ilə əməkdaşlıq çərçivəsində baş tutub.

