ADMİU-nun müəllimləri “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında iştirak ediblər

Oktyabrın 30-u Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. Incəsənət həftəsonu. Gələcəyi İNDİ duy ” festivalının rəsmi açılışı olub.
Tədbirdə Heydar Əliyev Fondunun vitse-prezidenti, İDEA
İctimai Birliyinin rəhbəri Leyla Əliyeva va Alyona Əliyeva iştirak ediblər.
Açılışda çıxış edən Leyla Əliyeva festivalın müxtəlif ölkələrdən tanınmış rəssamları bir araya gətirdiyini bildirib. O, 2012-ci ildə yaradılan Qafqazın “Böyük Beşliyi” təşəbbüsündən danışaraq gonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator gartalı va ceyranın qorunması istigamətində uğurlu nəticələr əldə olunduğunu geyd edib. Leyla Aliyeva hər kəsin kiçik addımlarla böyük dəyişikliklərə töfhə verə biləcəyini vurğulayıb.
Festival çərçivəsində “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi”, “Təbiət danışanda. Varislər” beynəlxalq sərgisi Heydər Əliyev Mərkəzində təqdim olunub. Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq Fakültəsinin Dizayn Kafedrasının baş müəllimi Mir Azər Abdullayev “Birdə bax” (“Look again”) pentaptix layihəsi ilə və Təsviri Sənət Kafedrasının müəllimi Röya Həsən “İncə sərhəd” (“A fine line”) adlı instalyasiyası ilə iştirak ediblər.