ADMİU-nun müəllimləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin Dizayn (dizaynda 3D qrafika) nominasiyasında televiziya studiyası üçün ən yaxşı dizayn layihəsinə görə birinci yerə layiq görülüb.
Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarov isə həmin müsabiqənin “Müxtəlif mövzulu yağlı boya rəsm əsəri” üzrə laureatı olub.