ADMİU-nun müəllimləri Prezident Mükafatına layiq görülüblər

Prezident İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin mükafatlarını alacaq aparıcı incəsənət xadimləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız da var. Belə ki, ADMİU-nun Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, ADMİU-nun baş müəllimi Mustafa Aşurov, Xalq artistləri Mehriban Zəki, Ayan Mir-Qasım, Əməkdar artistlər Şövqi Hüseynov, İnarə Babayeva, Nicat Kazımov, Leyli Vəliyeva, Əməkdar İncəsənət Xadimləri Mehriban Ələkbərzadə, Hafiz Quliyev, rejissorlar İradə Gözəlova, Mikayıl Mikayılov, Gümrah Ömərov, aktyor Nurlan Rüstəmov, C.Cahangirov adına Xorun və ADMİU “Xəzər” tələbə xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifova Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüblər.