ADMİU-nun müəllimləri Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirak ediblər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib

Mədəniyyət günləri çərçivəsində Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli qala konsertdə, eləcə də Azərbaycan qədim musiqi alətləri ansamblının konsertində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, tanınmış incəsənət xadimləri iştirak ediblər.
Belə ki, ADMİU-nun Muğam sənəti kafedrasının müəllimləri- Xalq artisti, dosent Simarə İmanova, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist, dosent Zakir Əliyev, Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, dosent Samirə Əliyeva, Xalq çalğı alətləri kafedrasının dosenti, Əməkdar artist Toğrul Əsədullayev, baş müəllim Ruslan Zərbalıyevin iştirakı ilə baş tutan hər iki konsert tamaşaçıların böyük marağına səbəb olub.