ADMİU-nun növbəti uğuru
“National H-index Ranking” tərəfindən 2025-ci ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azerbaijan National H-index Ranking-2024” açıqlanıb. Bu hərtərəfli yeniləmə ölkənin aparıcı tədqiqat institutlarının Hirsch indeksi göstəricilərinə görə reytinqini ehtiva edir.
“Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 95 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ötən illə müqayisədə üç pillə irəliləyərək milli H-indeksi (National H-index) olmaqla 47-ci sırada qərarlaşıb. Universitet “Scopus” üzrə H-indeksi 1, “Web of Science” üzrə 2, “Google Scholar” üzrə isə 20-ə bərabər olub.