ADMİU-nun nümayəndəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi təlimə qatılıb
12-13 iyul tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti şəbəkələşmə görüşü baş tutub.
İki günlük təlimin məqsədi ali təhsil müəssisələrinin reytinq komandaları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Belə ki, komanda quruculuğuna və müxtəlif təhlillərə həsr olunmuş görüşdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov iştirak edib.