Admiu-nun professor-müəllim və tələbə heyəti ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini anıb

Bu il 12 dekabrda Azərbaycan xalqının Ümummilli lideri görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin vəfatından 14 il ötür və bu tarixi dünya azərbaycanlıları Dahi şəxsiyyətin anım günü kimi qeyd edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də öz növbəsində Heydər Əliyevin əziz xatirəsini Universitetdə yerləşən büstü qarşısına əklil qoyub, Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət etməklə anıblar.
Allah rəhmət eləsin!