ADMIU-nun professorlarına “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim olunub

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunanlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları, Xalq artistləri Oqray Mirqasımov, Vaqif Mustafayev, Səkinə İsmayılova və Cənnət Səlimova da var.

Tədbirdə Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.