ADMİU-nun prorektoru Sevil Kərimova Bişkekdə mühazirə keçib
Qırğızıstanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə davam edir.
Mədəniyyət günləri gedişində aprelin 22-də Qırğızıstan Milli İncəsənət Muzeyində sənətşünas alimlərimizin mühazirələri təşkil olunub.
Mühazirələri müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova “İrs inciləri: Azərbaycan Orta əsr rəssamlığı” mövzusuna həsr olunan mühazirəsində Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri barədə ətraflı məlumat verib.
Mühazirə konkret nümunələrin təsvirləri əsasında slaydla müşayiət olunub.
Mühazirədən sonra S.Kərimova iştirakçıları maraqlandıran sualları cavablandırıb.