ADMİU-nun prorektoru Sevil Kərimova və Xalq artisti Zamiq Əliyev mükafatlandırılıb
Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və ADMİU-nun professoru, Xalq artisti Zamiq Əliyev yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları ilə təltif olunublar.
Yubilyarlara mükafatları mədəniyyət naziri Adil Kərimli təqdim edərək onları əlamətdar yubileyləri münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı və fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət verildiyinə görə minnətdarlıq ediblər.
Sonda xatirə fotosu çəkdirilib.

