ADMİU-nun prorektoru Türkiyədə işgüzar səfərdədir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nizami Əsədov 11-12 iyul 2024-cü il tarixində İstanbul Universiteti və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qara Dəniz Bölgəsi üçün Gələcəyin Zirvəsi və Universitetlərin Rolu” adlı konqresdə iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə səfər edib.
Səfərin məqsədini Qara dəniz regionunda müxtəlif universitetlərin nümayəndələri ilə yaxından tanışlıq, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq, tərəfdaşlıq, bilik və təcrübə mübadiləsi barədə danışıqların aparılması, mədəniyyət və incəsənət təhsili ilə bağlı innovativ ideyaların və tədqiqat nəticələrinin müzakirəsi təşkil edir.
“Qara Dəniz Bölgəsi üçün Gələcəyin Zirvəsi və Universitetlərin Rolu” adlı konqresdə iştirak ADMİU-nun Qara dəniz regionunda və onun hüdudlarından kənarda, beynəlxalq miqyasda tanınmasına töhfə verəcək, o cümlədən, Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanan potensial tələbələrin, tədqiqatçıların və akademik əməkdaşların cəlb edilməsi, Qara dəniz regionunda yerləşən universitetlər, mədəniyyət müəssisələri və təşkilatlarla strateji tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli rol oynayacaq.