ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimləri beynəlxalq festivalda…
ADMİU-nun Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimləri Finlandiyanın Helsinki şəhərində keçirilən “Eyni Günəş altında” Beynəlxalq İncəsənət Festivalında uğurlar qazanıblar.
Belə ki, Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarovun “Stilizə olunmuş rəngkarlıq” nominasiyası üzrə “Abşeron” adlı əsəri I yerə layiq görülüb. Eyniadlı incəsənət festivalında “Göyərçin” adlı əsəri isə “Stilizə olunmuş rəngkarlıq” portret nominasiyası üzrə laureata layiq görülüb.
Təsviri sənət kafedrasının baş müəllimi Zöhrab Cabbarovun “Qız qalası” adlı əsəri “Şəhər mənzərəsi” nominasiyası üzrə II yerə layiq görülüb.
Təsviri sənət kafedrasının müəllimi Asim Bayramovun “Zəfər” adlı əsəri “Batal” nominasiyası üzrə I yerə layiq görülüb.
Təsviri sənət kafedrasının baş müəllimi Samir Qafarovun “Mənbə” adlı əsəri “Simvolizm” nominasiyası üzrə laureata layiq görülüb.
Təsviri sənət kafedrasının müəllimi Röya Həsənovanın “Günəşlə qucaqlaşmaq” adlı əsəri “Təbiət və Güllər” nominasiyası üzrə III yerə layiq görülüb.

