ADMİU-nun rektoru Ceyran Mahmudova Ağdam Muğam Mərkəzinin açılışında iştirak edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam Muğam Mərkəzinin açılış mərasimi və konsert proqramı keçirilib.
Mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova və ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan bir sıra sənətkarlarımız da iştirak ediblər.
ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, Xalq artistləri Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Simarə İmanova, Əməkdar artistlər Yaqut Abdullayeva, Mirnazim Əsədullayev, Toğrul Əsədullayev, Əməkdar İncəsənət xadimləri Hafiz Quliyev, Mehriban Ələkbərzadə, ADMİU-nun Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, baş müəllim Mustafa Aşurov və ADMİU-nun müəllimi, tarzən Səxavət Məmmədov açılış mərasimində yer alıblar.
Qeyd edək ki, Ağdam Muğam Mərkəzinin əsası 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.