ADMİU-nun rektoru Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda çıxış edib
Sentyabrın 27-də Özbəkistan Respublikasında “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər və həllər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Özbəkistanın Elm, Təhsil və İnnovasiya Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin təşkilatçılığı ilə keçirilən Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və başqa ölkələrin nümayəndələri çıxış ediblər.
“Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər və həllər” mövzusuna həsr olunmuş beynəlxalq konfransın plenar iclasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova “Azərbaycanda kulturologiya təhsilinin aktual məsələləri” adlı məruzə ilə çıxış edib.
Daha sonra konfrans seksiya iclasları ilə davam edib.
Sonda konfransda iştirakına görə rektor C.Mahmudovaya Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rektoru professor N.Sayfullayev tərəfindən Sertifikat və xatirə hədiyyələri təqdim olunub.