ADMİU-nun rektoru Qazaxıstanda qızıl medala layiq görülüb
TÜRKSOY-un təşəbbüsü, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk dünyası Tələbə Teatrları festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nümayəndələri fəxri mükafatlara layiq görülüblər.
Belə ki, ADMİU-nun rektoru professor Ceyran Mahmudova incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə görə Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən qızıl medala layiq görülüb.
ADMİU rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədovaya Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən həm qızıl medal, gəm də fəxri professor attestatı verilib.
Həmçinin, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, sözügedən festivalın münsiflər heyətinin üzvü İsrafil İsrafilov da incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə və festivalın münsiflər heyətində təmsil olunduğuna görə qızıl medalla təltif olunub.