ADMİU-nun rektoru Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (İPAD) direktoru ilə görüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) rektoru professor Ceyran Mahmudova Vyetnamın Elm və Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (İPAD) direktoru xanım Le Nguyen Thien Nga ilə görüş keçirib.
Azərbaycanda səfərdə olan xanım Nga universitetin fəaliyyəti ilə maraqlanaraq ADMIU-ya səfər etmək arzusunu ifadə edib. Səmərəli və məhsuldar şəkildə keçən görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə olunub.
Görüş zamanı xanım Le Nguyen Thien Nga Vyetnamda kreativ HUB-larda gördüyü işlər və çalışdığı layihələr barədə məlumat verib. O, həmçinin yaradıcılıq və incəsənət sahəsində təhsil müəssisələri arasında təcrübə mübadiləsinin və ortaq təşəbbüslərin təşviqinin əhəmiyyətini vurğulayıb.
Tərəflər gələcəkdə birgə layihələrin reallaşdırılması, eləcə də yaradıcılıq və innovasiya istiqamətlərində qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.