ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr üçün Yeni İl şənliyi təşkil edib.
Şənlikdə ADMİU THİK-in sədri Rusif Əliyev, fakültə sədrləri və həmkarlar ittifaqı fəalları olan tələbələr iştirak ediblər.
Tədbirin giriş hissəsində ADMİU THİK-in sədri Rusif Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə tələbələri təbrik etməklə qarşıdan gələn illərin daha uğurlu və gözəl keçməsini arzulayıb.
Tədbir zamanı Universitetin ictimai işlərində fəal iştirakına və təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə aktiv fəaliyyət göstərmiş bir sıra tələbələr “Fəxri Fərman”-larla mükafatlandırılıblar.
Tədbir əyləncəli bədii hissə ilə davam edib.