ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Aprelin 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinə (THİK) yeni sədr seçkisi keçirilib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri giriş nitqi ilə açaraq Tələbə Həmkarlar İttifaqı Komitəsinin universitetin və eləcə də tələbələrin həyatındakı mühüm rolundan danışıb.
ADMİU THİK-in keçmiş sədri Cavid Əhmədov sədrlik dövründə həyata keçirilən tədbirlər barəsində hesabat verərək gələcək namizədə uğurlar arzulayıb.
ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Səyavuş Məhişov hər fakültədən yeni namizədləri elan edib. Namizədlər özləri haqqında məlumat verib, platformalarını təqdim ediblər.
Səsvermə nəticəsində ADMİU-nun Turizm və Kitabxana-İnformasiya fəaliyyəti kafedrasının müəllimi Rusif Əliyev ADMİU THİK-in yeni sədri seçilib.