ADMİU-nun tələbələri “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbirə könüllü dəstək olublar

Noyabrın 28-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Hilton Baku oteli ilə birlikdə 3 dekabr “Beynəlxalq əlillər günü”nə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə fiziki məhdudiyyətli gənclər üçün intellektual yarış keçirilib. Sonda Hilton Baku oteli tərəfindən iştirakçılara hədiyyələr və sertifikat təqdim olunub.

ADMİU-nun sosial iş ixtisasının tələbələri tədbirə könüllü olaraq dəstək olublar.
Gələcəkdə də əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyasına və coşqun həyata qoşulmasına dair Hilton Baku oteli ilə “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi arasında bu əməkdaşlığın davam edəcəyi gözlənilir.