ADMİU-nun tələbələri Heydər Əliyev muzeyini ziyarət ediblər

7-8 may tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunan açıq qapı günü çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) sədri Ülkər Rzayeva və tələbələr Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzey əməkdaşları tərəfindən tələbələrə dahi liderin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib, eksponatlar yaxından tanıdılıb.

Hər guşəsi Azərbaycan tarixinin mühüm mərhələlərini, liderin həyat yolu və fəaliyyətini özündə əks etdirən muzeydə tələbələr faktları öyrənməklə yanaşı, müstəqil Azərbaycanın formalaşmasında, mədəniyyət və dövlətçiliyimizin möhkəmlənməsində Heydər Əliyevin oynadığı rolu daha dərindən anlama fürsəti qazanıblar.