ADMİU-nun tələbələri Moda Həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

Martın 26-27-də Daş Salnamə Muzeyində Mədəniyyət və Sənət Moda Həftəsi keçirilib. Tədbirdə Avropa və Asiyadan ölkəmizə qonaq gəlmiş 10-dan çox tanınmış dizayner iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin III tədris ili tələbələri Hüseynova Selbinaz, Əhmədzadə Nəzrin və məzunlar Abdullaeva Sara, Şirinova Lamiyə, Lətifə Yusifova kolleksiya ilə çıxış ediblər. Sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Aysel Əzizova və Nəzakət Səfərovanın rəhbərliyi ilə hazırlanan kolleksiya tədbir iştirakçılarının böyük marağına səbəb olub.
​Qeyd edək ki, gələcəkdə sözügedən Mədəniyyət və Sənət Moda Həftəsinin Bakıda və Azərbaycanın digər şəhərlərində davamlı olaraq ildə iki dəfə – payız və yaz aylarında keçirilməsi planlaşdırılır.