ADMİU-nun tələbələri Qazaxıstanda ölkəmizi təmsil ediblər
22-24 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya
Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın Atırau şəhərində “Saraishyq Upgrade 2025”
adlı beynəlxalq gənclər forumu keçirilib.
Beynəlxalq forumda 6 ölkədən və Qazaxıstanın bütün regionlarından olmaqla 300-
dən çox gənc iştirak edib.
Tədbirin proqramına əsasən seçilmiş 6 sahə (kino, musiqi, marketinq, informasiya
texnologiyaları və süni intellekt, teatr və xor) üzrə panel müzakirələri, ustad dərsləri və
gənclərin layihə müsabiqəsi keçirilib.
Sözügedən tədbirdə ölkəmizi təmsil etmək üçün formalaşdırılmış nümayəndə heyətinin tərkibində ADMİU-nun Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin müdiri Aysel Məmmədzadə, Audiovizual sənətlər fakültəsinin, bədii
yaradıcılıq və ekran dramaturgiyası ixtisasının 3-cü kurs tələbəsi Məryəm Yüzbaşeva və Teatr sənəti fakültəsinin, dram və kino aktyorluğu
ixtisasının 4-cü kurs tələbəsi Adil İbrahimli də var. Onlar beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil ediblər.