ADMİU-nun tələbələri təhsil sərgisində iştirak ediblər

Martın 4-də Respublika İdman Sarayında Azərbaycan və Qazaxıstan, dövlətlərarası təhsil sahəsində əməkdaşlıq münasibətlərinin genişdirilməsi ilə bağlı sərgi keçirilib. Sərgidə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın elm və təhsil naziri Sayasət Nurbek və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel cənabları iştirak ediblər. Nazirlər və səfir çıxış edərək sərgidə iştirak edən müəllim və tələbə heyətinə elm və təhsil sahəsində yaradılan ikitərəfli əməkdaşlıqdan geniş məlumat veriblər. Sərgidə bütün ixsaslar üzrə təmsil olunan Ali məktəblərin stendləri hazırlanıb, tələbələrə təhsillə bağlı məlumatlar verilib.
Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) Teatr sənəti fakültəsinin dekan müavini L.Səlimova və bir qrup tələbə (Əliulla Vəliyev, Sertab Salmanlı, Davud Şirinov, Fidan Əliyeva, Rüstəm Musayev, Mikail Şıxəliyev, Aytən Abdullayev, Fatimə Quluzadə, Aysel Babayeva, Tuqay İbrahimov) iştirak edərək, incəsənət sahəsində mövcud olan təhsil ocaqları ilə tanış olublar. Tələbələrin sualları sərgi təşkilatçıları tərəfindən geniş cavablandırılıb, tələbələrə bukletlər və proqramlar paylanılıb. Sərgi iştirakçıları keçirilən lotereyada iştirak edərək maraqlı uduşlar əldə ediblər.
Bu kimi sərgilərin keçirilməsi tələbələrə gələcəkdə təhsillərini magistr və doktaranturada davam etdirmək üçün geniş imkanlar yaradır.