ADMİU-nun tələbələri Tibb Festivalında iştirak ediblər
Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) sədri Ülkər Rzayeva və TEYC-in üzvləri- birinci kurs tələbələri Azərbaycan Tibb Universitetinin 95 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Tibb Festivalında iştirak ediblər.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir tibbin müxtəlif sahələrini əhatə edən geniş proqramla yadda qalıb. Müxtəlif təqdimatlar, sərgilər və interaktiv sessiyalarla zənginləşdirilmiş bu tədbir iştirakçılara bilik mübadiləsi və yeni tanışlıqlar üçün ideal bir platforma təqdim edib. Festival çərçivəsində elm, sənət və insan sağlamlığının vəhdəti bir daha vurğulanıb.