ADMİU-nun tələbələri “Tilov” serialının yaradıcı heyət ilə görüşüb
Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında “Tilov ” serialının yaradıcı heyəti ilə görüş keçirilib.
Görüşdə serialın rejissoru Emil Quliyev, ssenari müəllifləri Pərviz Həsənov və Araz Bayramov, operatoru Məhəmməd Osmanov, aktrisalar Yaqut Paşayeva, Mələk Mustafayeva, aktyor Amid Qasımov iştirak ediblər.
Serialın yaradıcı heyəti ilə tələbə və gənc kinematoqrafçıların görüşü onların bu sahə ilə bağlı maraqlarını təmin etməyə şərait yaradıb.
Görüşün moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ssenarist ixtisası üzrə 3-cü tədris ili tələbəsi Sevinc Xanbutayeva serialla bağlı yaradıcı heyətə suallar ünvanlayıb.
Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino ixtisasında təhsil alan tələbələri də iştirak ediblər.
Müzakirələr əsasında tələbələrin sualları cavablandırılıb, onlara bu sahə ilə bağlı maraqları ətrafında tövsiyələr verilib.

