ADMİU-nun tələbələri Türkiyədə sərgidə iştirak ediblər

Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində ənənəvi BASE 2024 sərgisi keçirilib.
Bu il 33 şəhərdən 40 universitetin tələbə və məzunlarından ibarət 132 rəssamın qatıldığı sərgidə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri təmsil ediblər.
Sərgidə yeni nəsil rəssamların dünyaya və sənətə baxışı, yanaşma tərzi tamaşaçıların diqqətinə səbəb olub.