ADMİU-nun tələbələri və professor-müəllim heyətinin nəzərinə!

ADMİU-nun tələbələri, professor-müəllim heyəti və digər əməkdaşları şəxsiyyəti təsdiq edən sənədlə yaxınlaşıb universitetin Kitabxana-informasiya mərkəzində qeydiyyatdan keçə bilər. Mərkəz mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərini (teatr, audiovizual sənətlər, rəssamlıq, musiqi və humanitar) özündə əks etdirən çoxşaxəli və zəngin ixtisaslaşmış fondunun 52.000 nüsxə sənəd-informasiya resursu ilə istifadəçilərin xidmətindədir. İnformasiya tələbatçıları çap və rəqəmsal formatda Azərbaycan və bir çox dillərdə kitab, albom, kataloq, jurnal, avtoreferat, dissertasiya, not və elektron nəşrlərdən istifadə edə bilər. Kitabxana-informasiya mərkəzi iş günləri saat 9-dan 20-dək fəaliyyət göstərir.