ADMİU-nun tələbələrinin Mir Teymur Məmmədov ilə görüşü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs “Kulturologiya” fakültəsinin “Sənətşünaslıq” ixtisasında təhsil alan tələbələr keramika və qrafika ustası, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı, tarixçi, karikaturaçı, etnoqraf Mir Teymur Məmmədovun sənət əsərinə çevrilmiş emalatxanasının qonağı olublar. Görüş zamanı tələbələr keramika sənətinin incəliklərini və yaratdığı əsərləri haqqında ətraflı məlumat əldə edərək, qarşılıqlı sual cavab ilə dolu maraqlı gün keçiriblər.