ADMİU-nun tələbəsi beynəlxalq mükafata layiq görülüb

29 sentyabr-04 oktyabr 2024-cü il tarixlərində Moskva şəhərində MBD ölkələrinin iştirakı ilə Serqey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya universiteti tərəfindən təşkil edilən “Восхождение” “Yüksəliş” adlı Beynəlxalq tələbə film festivalı keçirilib. Festivalda 30-dan artıq film müsabiqəyə qoşulub. Ən yaxşı sənədli filmin rejissoru nominasiyası üzrə ADMİU-nun Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi alti filmdən biri olan “Motivator” adlı film mükafa layiq görülüb. Filmin rejissoru Kamal Müşviq İbadovdur.
Qeyd edək ki, Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi alti filmdən üç film- “Sabah” qrupunun tələbəsi Şöhrət İbragimovun “Şirin yuxu”, Elmar Fərzəliyəvin “Hökm” və Kamal Müşviq İbadovun “Motivator” filmləri müsabiqədə iştirak edib.