ADMİU-nun tələbəsi Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi “İnstrumental ifaçılıq” kafedrasının IV tədris ili tələbəsi Həmayə Baxışova Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb. Belə ki, tələbəmiz İngiltərədə onlayn şəkildə keçirilən “Beethoven İnternational Music Competition UK 2025” müsabiqəsində “Master Prize” mükafatına qazanıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın tələbəsi olan H.Baxışova proqramda A.N.Skryabin, L.Van Bethoven, İ.S.Bax, C.Hacıyev, A.Məlikov kimi bəstəkarların əsərlərini səsləndirib.