ADMİU-nun tələbəsi esse müsabiqəsinin qalibi olub

Təhsildə keyfiyyətin artırılması və tələbələrin qeyd edilən prosesdə iştirakını təmin etmək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Keyfiyyət elçisi” adlı təlim keçirilib. Təlim çərçivəsində Rəssamlıq fakültəsi Sənətşünaslıq ixtisasının III təhsil ili tələbəsi Hacıyev Məhəmməd Əhməd oğlu “Ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasında təhsilalanların rolu” mövzusunda esse müsabiqəsinə qatılaraq qaliblərdən biri olub. Məhəmməd Hacıyev bundan sonra ADMİU-da “Keyfiyyət elçisi” qismində fəaliyyət göstərərək keyfiyyətli təhsil mühitinin təşkilinə və ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiya qiymətləndirilməsini aparacaq komissiyanın tərkibində üzv kimi çalışaraq öz töhfəsini verəcəkdir.