Admiu “Qloballaşan dünyada musiqi ənənələri” I beynəlxalq elmi-praktik konfransında

Oktyabr ayının 26-27-si Azərbaycan Milli Konservatoriyasında (AMK) xarici və yerli tədqiqatçı –alimlərin iştirakı ilə “Qloballaşan Dünyada Musiqi Ənənələri” I Beynəlxalq Elmi-praktik konfransı keçirilib.
Beynəlxalq Konfransda 40-a yaxın məruzəçi arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən – dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova, müəllim və dissertant Sevinc Əzizova, müəllim Haviz Kərimov, Universitetin əməkdaşı Aysel Hacıyeva maraqlı mövzularla çıxış ediblər.