ADMİU “Regional Universitet – Sənaye Birliyi Sammiti 2025”-də təmsil olunub
ADMİU-nun Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri dosent Gülnarə Məmmədova oktyabrın 24-də Mingəçevir şəhərində Mingəçevir Dövlət Universitetinin, “HBN Group”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Regional Universitet – Sənaye Birliyi Sammiti 2025” tədbirində iştirak edib. Regiondan – Qlobala konsepti əsasında reallaşan Sammit Universitet – Sənaye birliyinin yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək olmaq, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirmək məqsədini qarşısına qoyub.
Bu qəbildən olan tədbirlər tələbə və məzunlara təhsildən birbaşa iş dünyasına daxil olmaqlarına, karyeralarının qurulmasına geniş imkanlar yaradır.




