ADMİU SABAH qrupları Qırğızıstanda keçirilən Beynəlxalq Tələbə Teatr Festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları Aktyor sənəti ixtisası IV kurs tələbələri və SABAH Mərkəzinin rəhbəri Nofəl Vəliyev 14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında iştirak edirlər.

Tələbələrimiz 16 aprel tarixində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilən “Dəniz Kənarı ilə qaçan Alabaş” tamaşası ilə çıxış ediblər.Onların çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festival müddətində tələbə və müəllim heyəti öyrədici ixtisas təlimlərinə qatılacaq, müxtəlif ölkələrdən olan teatr kollektivlərinin tamaşalarını izləyəcək və ekskursiyalarda iştirak edəcəklər. Qeyd edək ki, festivalın münsiflər heyətində ADMİU-nun Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov da yer alır.