ADMİU SABAH qruplarının tələbələri Qazaxıstanda uğurla çıxış ediblər
Qazaxıstanın Almatı şəhərində təşkil olunan Türk Dünyası Tələbə Tamaşaları festivalında ölkəmizi ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil edirlər.
Tələbələrimiz Allahquliyev Rahib, Fərzəliyev Murad, Əhmədov Rüfət, Əliyeva Fatimə, Gərayli Sabir, Hənifə-zadə Elay, İsmayıl Firuzə və Quliyeva Ləman mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış eyniadlı rok ballada ilə çıxış ediblər. Onların uğurlu çıxışı tamaşaçılar tərəfindən böyük maraq və təqdirlə qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru və kurs rəhbəri Mikayıl Mikayılov, aktyor sənəti müəllimi Ruslan İsmayılovdur. Tamaşanın plastik həlli Elnur İsmayılova aiddir.